ABŞ Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri göndərəcək

 21:48 11.09.2024     196

ABŞ administrasiyası yaxın həftələrdə Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri göndərəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Kiyevdə britaniyalı və ukraynalı həmkarları ilə birgə mətbuat konfransında bildirib. Konfrans Dövlət Departamentinin saytında canlı yaymlanıb.

“NATO-nun iyul ayında keçirilən sammitində ABŞ Prezidenti Co Bayden beş strateji hava hücumundan müdafiə sistemi və onlarla taktiki hava hücumundan müdafiə sistemlərini yaxın həftələrdə Ukraynaya çatdıracağını vəd etmişdi”, - Blinken bildirib.

O, Ukraynadakı hərbi əməliyyatların gedişatını şərh edərkən vurğulayıb ki, ölkənin xüsusi hərbi əməliyyat zamanı Rusiyanın hərəkətləri ilə bağlı “hazırda çətin anlar” yaşayır.

Xatırladaq ki, müdafiə naziri Lloyd Ostin keçən həftə bildirib ki, iyun ayından bəri Birləşmiş Ştatlar Ukraynaya ilk növbədə hava hücumundan müdafiə və zirehli texnikaya diqqət yetirərək təxminən 4 milyard dollar yardım edib. 

Turan İSMAYIL