Rəsmi Ankaradan ABŞ-yə ETİRAZ

 23:54 11.09.2024     143

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ və Kipr Respublikasının hakimiyyət orqanları arasında müdafiə sahəsində əməkdaşlıq sahəsində yol xəritəsinin imzalanmasını pisləyib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.

“ABŞ ilə Cənubi Kipr Rum Administrasiyası arasında müdafiə sahəsində əməkdaşlıq yol xəritəsinin imzalanmasını pisləyirik. 2023-cü ilin iyununda Kipr Rum Administrasiyası ilə ABŞ-nin Kipr adasına münasibətdə neytrallığını pozur və Kipr probleminin effektiv, ədalətli və qalıcı həlli axtarışlarını çətinləşdirir”, - Türkiyə XİN bəyan edib.

Xarici İşlər Nazirliyi, ABŞ və Kipr Respublikası üçün regional sabitliyə zərər verə biləcək siyasətlərə yenidən baxmağı zəruri hesab etdiyini bildirib.  Nazirlik qeyd edib ki, Türkiyə qarant dövlət olaraq Kipr türklərinin təhlükəsizliyini və rifahını istənilən şəraitdə təmin etməyə davam edəcək.

Qeyd edək ki, Lefkoşa və Vaşinqton sentyabrın 10-da müdafiə sahəsində əməkdaşlıq üçün yol xəritəsi imzalayıb. Bu sənədi Kipr Respublikasının müdafiə naziri Vasilis Palmas və ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander imzalayıblar. Uollander qeyd edib ki, “ikitərəfli müdafiə sahəsində əməkdaşlıq üçün bu yol xəritəsi ümumi təhlükəsizlik məqsədlərinə nail olmağa töhfə verir və Kipr Respublikası ilə ABŞ arasında əlaqələrin mükəmməl inkişafını təsdiqləyir”.

Turan İSMAYIL