Tanınmış telejurnalist vəfat ETDİ

Rusiyalı tanınmış telejurnalist Nikolay Svanidze vəfat edib.
Redaktor.az xəbər verir ki, 69 yaşlı telejurnalist ötən gecə dünyasını dəyişib.
Son illərdə beyin işemiyasından əziyyət çəkdiyi bildirilib.
Qeyd edək ki, 1991-ci ildən Svanidze bir sıra tarixi televiziya proqramlarının və filmlərinin müəllifi və aparıcısı olub. “Təfərrüatlar”, “Təzadlar”, “Zaman məhkəməsi”, “Tarixi proses” verilişlərinə aparıcılıq edib. O, həm də "Zerkalo" proqramının müəllifi olub.