Elektrikli avtomobil satışları rekord səviyyəyə çatdı

 10:32 12.09.2024     160

2023-cü ilin avqust ayında qlobal elektrikli avtomobil satışları Çinin güclü performansı ilə yüzdə 20 artıb, Avropada yüzdə 33 azalma olub. Beləliklə, Avropada 2023-cü ilin yanvarından bəri elektrikli avtomobil satışlarında ən pis ay yaşanılıb, Çin bazarı isə rekord səviyyələrə çatıb.

Redaktor.az xəbər verir ki, "Rho Motion" bazar araşdırması şirkətinin məlumatlarına görə, Çində tam elektrik və hibrid avtomobillərin qlobal satışları 20 faiz artıb. Bununla belə, Avropa bazarı 33 faizlik azalma ilə 2023-cü ilin yanvarından bəri ən pis ayını yaşayıb. Xüsusilə Almaniya hökumət subsidiyaları kəsildiyi üçün satışlarda 23 faiz azalma qeydə alınıb.

Dünyanın ən böyük elektrikli avtomobil bazarı olan Çin avqust ayında elektrikli avtomobil satışlarını yüzdə 42 artıraraq rekord səviyyəyə çatıb. İlin sonuna qədər Çində 10,5 milyon elektrik avtomobilinin satılacağı gözlənilir. Bu, ötən illə müqayisədə satışların üçdə bir artması deməkdir.

Avropa bazarında isə vəziyyət əksinədir. Avropada elektrikli avtomobil satışlarının ilin əvvəlindən bəri 4 faiz azalıb. Avropada istehlakçılar daha sərfəli modellərin bazara çıxmasını gözləsələr də, hibrid alternativlərə üstünlük verilməsi də bu azalmada mühüm rol oynayır. Xüsusilə Almaniya subsidiyaların kəsilməsindən sonra böyük zərbə alıb və satışlarda yüzdə 23 azalma yaşayıb.

Sevinc İBRAHİMZADƏ