Estoniyanın silah-sursat xərcləri 750 milyon avronu ötdü

 10:44 12.09.2024     170

Estoniyanın iki il ərzində silah-sursat xərcləri son 30 ildəkindən daha yüksək olub.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Hanno Pevkur açıqlayıb.

“Son iki ildə biz 750 milyon avrodan çox sursat almışıq ki, bu da əvvəlki 30 ildəkindən çoxdur”, - müdafiə naziri bildirib.

O qeyd edib ki, Estoniya 2028-ci ilə qədər sursata daha üç milyard avro xərcləyəcək. Pevkur həmçinin NATO-nu alyansa üzv ölkələrin hava hücumundan müdafiəsini gücləndirməyə çağırıb. Onun sözlərinə görə, Baltikyanı ölkələr ən kritik vəziyyətdədir. Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Paris və Berlin qorunsa, onlar da təhlükəsiz olardılar.

Sevinc İBRAHİMZADƏ