Qəzzada humanitar işçilərin ölümü qəbuledilməzdir

 15:07 12.09.2024     118

Almaniya Xarici İşlər Nazirliyi Qəzza zolağında Nuseyrata edilən hava hücumunu pisləyib və qeyd edib ki, yardım işçiləri raket hücumlarının qurbanı olmamalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə XİN "X" sosial şəbəkəsində yazıb.

Nazirlik bildirib ki, İsrail ordusu BMT əməkdaşlarının və humanitar işçilərin qorunmasına cavabdehdir. Humanitar işçilər Qəzzada həyati əhəmiyyətli yardım göstərir.

Xatırladaq ki, Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsindəki məktəbə və ətrafına iki hava hücumu nəticəsində UNRWA-nın altı əməkdaşı həlak olub.

Türkan İSGƏNDƏRLİ