Papikyan çinli həmkarı ilə müdafiə sahəsində əməkdaşlığı müzakirə etdi

 15:56 12.09.2024     160

Ermənistan və Çin arasında hərbi əməkdaşlıq son illərdə xeyli irəliləyib və yeni sahələrə genişlənib.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə iki ölkənin müdafiə nazirlərinin Çində keçirilən görüşündə bildirilib.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Çinə işgüzar səfərə gedib. O, ölkənin müdafiə naziri admiral Donq Jun ilə görüşüb.

Görüş zamanı həmsöhbətlər iki ölkə arasında, o cümlədən müdafiə sahəsində əlaqələrin əhəmiyyətini qeyd ediblər. Nazirlər iki ölkənin Silahlı Qüvvələri arasında yüksək səviyyəli əlaqələri daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər. Beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər də müzakirə olunub.

Turan İSMAYIL