ATƏT Gürcüstanda parlament seçkilərinin monitorinqinə başlayır

 17:32 12.09.2024     123

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT ) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyası Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidə missiyasına başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə respublikadakı missiyanın rəhbəri Ouen Mörfi bildirib.

"Məqsədimiz qiymətləndirmələrimizdə qərəzsiz olmaqdır və biz bu məsuliyyəti ən azı oxşar missiyaları həyata keçirdiyimiz ölkələri nəzərə alaraq öz üzərimizə götürürük, qiymətləndirmə meyarları beynəlxalq standartlar və milli qanunvericilikdir. Missiya insan haqları təşkilatlarının Tbilisiyə verdiyi tövsiyələri nəzərə alacaq",- o qeyd edib.

DTİHB seçkilərə iki həftə qalmış müvəqqəti müşahidəçi hesabatını dərc edəcək və səsvermənin nəticələrinə dair yekun hesabatın hazırlanması iki-üç ay çəkəcək.

Türkan İSGƏNDƏRLİ