Qəzzada yaralananların 4-də 1-nin reabilitasiyaya ehtiyacı var - ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrailin intensiv hücumlarına məruz qalan Qəzzada yaralananların azı 4-də 1-nin reabilitasiya xidmətlərinə ehtiyacı olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Qəzzada yaralıların reabilitasiyasına ehtiyac barədə hesabat dərc edib.
"Təxmin edilir ki, iyulun 23-dək Qəzzada yaralananların ən azı 4-də 1-i (təxminən 22 500 nəfər) indi və gələcək illər üçün reabilitasiya xidmətləri tələb edən həyatını dəyişdirən xəsarətlər alıb", - hesabatda deyilir.
Hesabatda, 13 min 455 ilə 17 min 550 nəfərin bədənin müxtəlif nahiyələrindən yaralanandığı və onların reabilitasiyaya ehtiyacı olan qrup olduğu, 3 min 105 ilə 4 min 50 nəfər nəfərin isə Amputasiya ololduğu qeyd edilib.
Seymur BƏNNAYEV