Serbiya Rusiyadan qaz alışını artırır
Belqrad Moskvaya müqavilənin müddəti 2025-ci ilin martında başa çatana qədər Serbiyaya Rusiya qazının tədarükünü artırmağı təklif edib.
Redaktor.az xəbər verir ki, bu barədə Serbiyanın baş nazirinin müavini Aleksandar Vulin deyib.
"Ümid edirəm ki, biz bu il bununla bağlı razılığa gələ biləcəyik. Rusiyadan daha çox qaz almaq əla olardı. Rusiya prezidenti Vladimir Putin və nazirlər Rusiyadan Serbiyaya qaz tədarükü təklifi üzərində hazırkı müqavilələrin müddəti bitənə qədər işə başlamaq ideyasını dəstəkləyiblər",- o qeyd edib.
Türkan İSGƏNDƏRLİ