Tusk Ukraynaya söz VERDİ
Polşanın baş naziri Donald Tusk bildirib ki, Qərb ölkələri Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə daha fəal təchiz etməyə başlayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə "wPolityce" məlumat yayıb .
Nazirin sözlərinə görə, Qərb ölkələri üçün tamamilə aydındır ki, Ukrayna artan hava təhlükəsi qarşısında aciz və müdafiəsiz qalmamalıdır. Buna görə də Ukraynanın daha yaxşı təchiz edilməsi Polşanın təhlükəsizliyinin maraqlarına cavab verir. Çünki Kiyev Polşanın da hava məkanını qoruyur.
“Qərbin bu məsələdə həmrəyliyi getdikcə təsir edici olur və biz müttəfiqlərimizdən və bütün Qərb dünyasından Ukraynaya daha intensiv yardım gözləməliyik ”, - deyə Tusk yekunlaşdırıb.
Türkan İSGƏNDƏRLİ