İsrailli qəsbkarların zorakılığı ən yüksək həddə çatıb - Beynəlxalq Böhran Qrupu

 16:34 13.09.2024     188

Beynəlxalq Böhran Qrupunun “İsrailli məskunlaşanların zorakılığının kökündən dayandırılması” başlığı ilə dərc etdiyi hesabatda İsrail dövlətinin əli ilə həyata keçirilən fələstinlilərin torpaqlarını qəsb etmək siyasətinin Fələstin Xalqına ciddi ziyan vurduğu müzakirə edilib.

Redaktor.az xəbər verir ki, hesabatda İordan çayının qərb sahilində Fələstin torpaqlarını qəsb edən israillilərin fələstinlilərə qarşı hücumlarının, Netanyahu hökumətinin 2022-ci ildə vəzifəyə başlamasından və 7 oktyabrda Qəzza zolağına hücumların başlamasından sonra getdikcə artdığı ifadə edilib.

Hesabatda İsrail dövlətinin işğalçılıq siyasətini davam etdirdiyi, qanunsuz yeni torpaqlar zəbt etdiyi vurğulanıb. 

Xəbərdə İsrailin Qəzzaya hücumlarının, Fələstin torpaqlarını qəsb edən israillilərin İordan çayının qərb sahilində fələstinlilərə qarşı törətdiyi “sistemli” və “artan” zorakılıqlardan diqqəti yayındırmaq məqsədi daşıdığı qeyd edilib.

Seymur BƏNNAYEV