45 ölkənin nümayəndəsi BRİKS-ə gəlir
Moskvada keçiriləcək BRİKS Media Forumuna 45 ölkədən 60-dan çox KİV-in rəhbər və aparıcı mütəxəssisləri gələcək.
Redaktor.az xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat yayıb.
Forumun əsas mövzusu çoxqütblü dünyada medianın rolu olacaq. Qonaqları “BRİKS ailəsi” adlı fotosərgi ilə qarşılayacaq. Bura BRİKS-ə üzv ölkələrin: Braziliya, Çin, Efiopiya, Misir, Hindistan, İran, BƏƏ, Rusiya, Səudiyyə Ərəbistanı, Efiopiya və Cənubi Afrikadan fotojurnalistlərin əsərləri daxildir. Ekspozisiya müxtəlif xalqların müasir mədəni və dini xüsusiyyətlərini əks etdirir. Daha sonra müxtəlif tədbirlər həyata keçiriləcək.
Bu təşkilat üzv ölkələrin aparıcı media qurumları arasında dialoq üçün qeyri-hökumət, qeyri-kommersiya platformasıdır. O, 2015-ci ildə Çinin Sinxua xəbər agentliyinin təşəbbüsü ilə yaradılıb.
Türkan İSGƏNDƏRLİ