Almaniya Ukraynaya güclü sursat vermir
Ukraynanın Qərb silahları ilə Rusiyanın daxili ərazilərinə zərbələr endirməsi ehtimalı ilə bağlı müzakirələr Kiyev rejiminə təhvil verilən alman silahlarını əhatə etmir, çünki Almaniya heç vaxt ABŞ və Böyük Britaniya kimi uzaq mənzilli mərmilər tədarük etməyib.
Redaktor.az xəbər verir ki, bu sözləri Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit deyib.
"Vəziyyətinə görə, bunlar fərqli silahlardır. Hazırda ABŞ və Böyük Britaniya tərəfindən müzakirə olunan silahlar bizim təhvil vermədiyimiz silahlardır və onların əhatə dairəsi bizim tədarük etdiyimiz silahlardan üstündür. Almaniyanın Ukraynaya verdiyi ən uzun mənzilli silahların 100 km-ə qədər mənzilli "HIMARS" raket sistemləri, təxminən 40 km mənzilli "Panzerhaubitze" və 2000 özüyeriyən "Haubitsa"lardır", - sözçü qeyd edib.
Türkan İSGƏNDƏRLİ