Yaponiyanın ən yaşlı kişisi 110 yaşında vəfat ETDİ
Yaponiyanın ən yaşlı kişisi Vakui Tomisaburo 110 yaşında dünyasını dəyişib.
Redaktor.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, 1913-cü il noyabrın 28-də anadan olan Vakui paytaxt Tokio yaxınlığındakı Atsuqidə vəfat edib.
Kanaqava prefekturasının Atsuqi bələdiyyəsi qocanın ölümünün dəqiq vaxtını və səbəbini açıqlamayıb.
Milli mətbuatın yazdığına görə, Vakui gənclik illərində Tokionun Tsukiji rayonunda ton balığı satıcısı işləyib.
Qeyd edək ki, Vakuinin sələfləri Nakamura Şiqeki 2022-ci ilin noyabrında 111 yaşında Xirosimada, Sonobe Qisaburo isə 2024-cü ilin martında 112 yaşında Çibada vəfat edib.
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi 2024-cü ilin aprel ayında verdiyi açıqlamada Vakuinin "Yaponiyanın ən yaşlı adamı" olduğunu elan edib.
Seymur BƏNNAYEV