Yunanıstan Qərbi Trakya türklərinin təhsil hüquqlarını qəsb EDİR

 18:09 13.09.2024     181

Qərbi Trakya Türklərinin qurduğu Dostluq Bərabərlik və Sülh Partiyasının sədri Çiğdem Asəfoğlu deyib ki, məktəblərimizdə söz sahibi olmağımıza mane olunur. Valideynlərin seçdiyi və səlahiyyət verdiyi komitələr təsirsiz hala gətirilir və bürokratlar tərəfindən görməzlikdən gəlinir. 

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qərbi Trakya türklərinin qurduğu Dostluq Bərabərlik və Sülh Partiyasının (DEB) sədri Çiğdem Asəfoğlu Yunanıstanda yeni tədris ili münasibətilə sosial mediada yayımladığı mesajda türk azlıq məktəblərinin bağlanmasına dair qərara münasibət bildirib. 

Yunan hökumətinin sentyabrın 2-də Gümülcinedəki Cəlal Bayar Azlıq Orta Məktəbi və Liseyinə valideynlərin səsləri ilə seçilən şura komitələri ilə məsləhətləşmədən direktorlar təyin etdiyini bildirən Asəfoğlu bunun Lozanna müqaviləsinə zidd olduğunu qeyd edib. 

Seymur BƏNNAYEV