"Bu, Rusiya-Portuqaliya münasibətlərindəki böhranı daha da dərinləşdirəcək" - Zaxarova

 21:01 13.09.2024     160

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Təyyarələrinin Portuqaliya sərhədindən Ukraynaya transferi Rusiya-Portuqaliya münasibətlərindəki böhranı daha da dərinləşdirəcək.

Redaktor.az xəbər verir ki, Moskva Lissabonun altı Rusiya yanğınsöndürmə vertolyotunu Kiyevə təhvil verməsini Rusiya-Portuqaliya münasibətlərindəki böhranı daha da dərinləşdirəcək düşmənçilik addımı kimi qiymətləndirib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

“Biz bu təyyarənin Kiyev rejiminə təhvil verilməsini kollektiv Qərbin Rusiyaya qarşı hibrid müharibə aparmaq və Ukraynadakı münaqişəni uzatmaq üçün ölkəmizə qarşı növbəti düşmən addım kimi qiymətləndiririk. Təəssüf ki, Portuqaliyanın bu cür hərəkətləri xarici siyasət müstəqilliyini demək olar ki, tamamilə itirdiyini göstərir və vaxtilə qarşılıqlı hörmətə və düşüncəyə əsaslanan Rusiya-Portuqaliya münasibətlərindəki böhranın daha da dərinləşməsinə kömək edir", - diplomat bildirib.

Qeyd edək ki, Portuqaliya rəsmiləri daha əvvəl Rusiyanın 6 yanğınsöndürmə helikopterinin Ukraynaya təhvil verilməsinin başa çatdığını açıqlayıb. 

Seymur BƏNNAYEV