Serbiya gələn il hərbi çağırışı bərpa etməyi PLANLAŞDIRIR

 21:20 13.09.2024     150

Serbiya hökuməti ən qısa zamanda hərbi çağırışın bərpası haqqında qanunu təsdiq üçün Milli Assambleyaya (birpalatalı parlament) təqdim etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Miloş Vuçeviç bildirib.

“Bu qanunla ən qısa zamanda parlamentə getməyə və 2025-ci il ərzində lazım olan hər şeyi hazırlamağa hazırıq. Bu, əvvəllər olduğu kimi, 12 ay davam edən xidmət deyil, indi təlim üçün iki ay bəs edəcək. Bu, ölkəni münaqişələrə və müharibələrə yox, əksinə, özünü qorumağa və mümkün hücumların qarşısını almağa hazırlamaq deməkdir. Bu, peşəkar ordunun ləğvi demək deyil. Biz hər şeyə hazır olan və layiqli cavab verməyə hazır olan millətə sahib olmalıyıq”, - o deyib.

Qeyd edək ki, bundan əvvəl Serbiyanın Müdafiə Nazirliyi ölkədə icbari hərbi xidmətin tətbiqi ilə bağlı Prezident və ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Vuçiçə təklif ünvanlamışdı.