Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı 4 nəfərə ÇATDI

 21:40 13.09.2024     153

Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı 4 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.

Son bir həftə ərzində 20 yeni yoluxma aşkar edilib. Ölkədə ümumilikdə 128 Qərbi Nil qızdırması halı qeydə alınıb.

Xatırladaq ki, Ermənistanda ilk dəfə bu xəstəliyə yoluxma halı avqustun 21-də qeydə alınıb.