Britaniyanın düşmənçilik hərəkətlərinə sərt reaksiya verməyə davam edəcəyik - Rusiya

 23:27 13.09.2024     179

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, İngiltərənin düşməncəsinə hərəkətlərinə sərt və ölçülü reaksiya verməyə davam edəcəklərini ifadə edərək Britaniyanı Rusiyaya qarşı qeyri-konstruktiv yanaşmasından əl çəkməyə çağırıb. 

Redaktor.az xəbər verir ki, Zaxarova Rusiyanın casusluqda və ölkənin təhlükəsizliyinə təhdid törətməkdə şübhəli bilinən 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv etmə qərarı ilə bağlı açıqlama verib.

Mətbuat katibi Zaxarova xatırladıb ki, Britaniya Rusiyaya qarşı “düşməncəsinə” addımlar atıb, may ayında bəzi rus diplomatlarının akkreditasiya müddətinin birtərəfli qaydada məhdudlaşdırılması barədə qərar qəbul edib.

İngilis kəşfiyyatçılarının Rusiya torpaqlarında fəaliyyətlərinə tolerant yanaşmayacaqlarını vurğulayan Zaxarova bu mövzuda milli təhlükəsizliyə uyğun olaraq barışmaz bir yanaşma nümayiş etdirəcəklərini vurğulayıb. 

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti 6 Britaniya diplomatının akreditasiyasının casusluqda və ölkənin təhlükəsizliyinə təhdid törətməkdə şübhəli bilinərək ləğv edib. 

Seymur BƏNNAYEV