Pentaqonun Ukraynaya kömək üçün bu qədər pulu qalıb - AÇIQLAMA

 23:35 13.09.2024     218

ABŞ Müdafiə Nazirliyinin Konqresin Ukrayna silahları üçün təsdiq etdiyi 5,9 milyard dollardan bir qədər çox pulu var.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə Pentaqonun mətbuat katibi Patrik Rayder məlumat verib.

"Nazirlikdə PDA mexanizmi çərçivəsində Ukraynaya kömək etmək üçün 5,9 milyard dollar qalıb" - deyən sözçünün sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi yaxın gələcəkdə Ukraynanı silahlarla təmin etməyə davam edəcək və PDA mexanizminin genişləndirilməsinə nail olmaq üçün Konqreslə işləyir.

Turan İSMAYIL