Putin söz azadlığından DANIŞDI

 09:12 15.09.2024     159

Dünya çoxqütblülüyün formalaşmasının çətin dövrünü yaşayır və hazırda söz azadlığının qorunması və informasiyanın etibarlılığı uğrunda mübarizə xüsusi əhəmiyyət kəsb edir.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS Media Sammitinin iştirakçılarına videomüraciətində deyib.

Putin qeyd edib ki, BRİKS ölkələri bütün sahələrdə, o cümlədən informasiya sahəsində əməkdaşlığı möhkəm və ardıcıl şəkildə genişləndirir və ədalətli dünya nizamının dəyərlərini bölüşür.