Sakaryada fabrikdə partlayış oldu - YENİLƏNİB

 20:00 15.09.2024     296

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikdə baş vermiş partlayışda yaralananların sayı 28 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Sakarya valisi Yaşar Karadeniz bildirib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Vali yaralılardan 6-sının vəziyyətinin ağır olduğunu bildirib.

Hadisə ilə bağlı araşırdırmalara başlanılıb.

15:04

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikdə baş vermiş partlayışda 20 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

“Makaron fabrikində hələlik müəyyənləşdirilməmiş səbəbdən partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb”, – məlumatda qeyd olunub.

İlkin məlumata görə, hadisədə 20 nəfər yaralanıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.