Trampa qarşı növbəti sui-qəsd cəhdi olub? - YENİLƏNİB

 23:43 15.09.2024     294

ABŞ Məxfi Xidməti Donald Trampla bağlı insidenti araşdırır və onun həyatına heç bir təhlükə yoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə Məxfi Xidmətin açıqlamasında bildirilir.

Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Floridada yerləşən qolf klubunun yaxınlığında atışma olub.

Hadisə zamanı Donald Tramp klubda olub. İlkin məlumata görə, hadisə iki nəfərin bir-birinə atəş açması nəticəsində baş verib. Donald Trampın kampaniyası atışmadan dərhal sonra məlumat yayaraq, ona qarşı heç bir təhlükənin olmadığını bildirib.

***

22:53

ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" Respublikaçıların təşviqat qərargahının bəyanatına istinadən məlumat yayıb.

Hələlik digər təfərrüatlar açıqlanmır.