Atışma Trampın qolf oyununu yarımçıq qoydu

 08:56 16.09.2024     140

ABŞ-nin keçmiş prezidenti Donald Tramp dostlarına və tərəfdarlarına zarafat edərək atışma səbəbilə qolf oyununu tamamlaya bilmədiyini deyib.

Redaktor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “New York Times“ qəzeti yazıb.

"Tramp gün boyu dostları və tərəfdarları ilə söhbət edərək keçirir... və qolf oyununu bitirə bilmədiyini deyərək zarafat edir", - deyə yazıda bildirilir.