Suriyadakı ABŞ bazasına hücum edildi
ABŞ Silahlı Qüvvələrinin Suriyadakı Xarab əl-Cir bazasına raket zərbəsi endirilib.
Redaktor.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Bildirilib ki, hücuma görə hansı tərəfin məsuliyyət daşıdığı barədə hələlik məlumata malik deyillər. Hadisə ilə bağlı başqa təfərrüatlar verilməyib.
Qeyd edək ki, sentyabrın əvvəlində 30-dan çox maşından ibarət ABŞ hərbi karvanı Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağındakı Amerika bazasına gəlib.
Sevinc İBRAHİMZADƏ