NATO bazalarından birinin komandanı bu ölkə olacaq

 09:48 16.09.2024     136

Finlandiya Laplandiyada yaradılan NATO bazası İsveç komandanlığı altında olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "MTV3" kanalı məlumat yayıb.

Kanal iddia edir ki, İsveç bazanın istismarına və qoşunlara komandanlığa cavabdeh olacaq. Çox güman ki, Finlandiyaya 20-50 isveçli zabit göndəriləcək və baza personalı əsasən isveçlilərdən ibarət olacaq. Bildirilib ki, bu, Finlandiyaya diqqətini ölkənin cənub hissəsinin müdafiəsinə yönəltməyə imkan verəcək.

Sevinc İBRAHİMZADƏ