Fransa Ermənistana maliyyə AYIRACAQ

 10:26 16.09.2024     103

Fransa Ermənistana 29 milyon avro verəcək.

Redaktor.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne İrəvana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu vəsait Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub.

XİN başçısı onu da qeyd edib ki, Fransa və Ermənistan müdafiə sahəsində əməkdaşlıq edəcək.