Rusiya ABŞ ilə bağlı xəbərdarlıq ETDİ

 11:35 16.09.2024     163

Yaponiyada yerləşdirilən ABŞ-nin çoxdomenli əməliyyat qüvvələri Rusiya, Çin və ya KXDR-nin möhkəmləndirilmiş müdafiəsinə raket zərbəsi endirə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə hərbi ekspert Dmitri Boltenkov xəbərdarlıq edib .

Mütəxəssis qeyd edib ki, çoxdomenli əməliyyat qrupu kəşfiyyat, informasiya, elektron müharibə, kiber və kosmik əməliyyatlar batalyonlarından ibarətdir. Amerika tərəfi ən qısa müddətdə beş mühitdə eyni vaxtda verilən tapşırıqları yerinə yetirməyə qadir bölmə alır. Zərbə silahlarının istifadə diapazonu 300-3000 kilometr arasında dəyişir.

Türkan İSGƏNDƏRLİ