Braziliya Ali Məhkəməsi "X" və "Starlink"i cərimələdi

 12:14 16.09.2024     190

Braziliya "X" və "Starlink" hesablarını 3,3 milyon dollar cərimələdikdən sonra onu blokdan çıxarıb.

Redaktor.az xəbər verir ki, Braziliya Federal Ali Məhkəməsinin sədri Alejandro de Moraes bu vəsaitlərin ölkə xəzinəsinə köçürülməsi barədə göstəriş verib.

Şirkətlər vaxtında apellyasiya şikayəti vermədiyi və qoyulan bütün cərimələri ödəmədiyi üçün qadağa götürülüb. Hakim hesabların daha da bloklanmasına ehtiyac olmadığına qərar verib.

Xatırladaq ki, avqustun sonunda Braziliya Ali Məhkəməsi şirkət rəhbərliyinin nümayəndələrini Braziliyaya ekstradisiya etməkdən imtina etdiyinə görə "X" sosial şəbəkəsinin ölkədəki fəaliyyətini dayandırmışdı.

 Sevinc İBRAHİMZADƏ