Lavrov BMT-ni PİSLƏDİ
Qəzza zolağında qan tökülməsinin davam etməsi ən böyük beynəlxalq problemdir və bu problem BMT Təhlükəsizlik Şurasının diqqət mərkəzində olmalıdır.
Redaktor.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov səfərdə olan misirli həmkarı Bədr Abdelatti ilə danışıqlardan sonra bildirib.
Rusiyanın baş diplomatı ABŞ-nin bu məsələyə qeyri-konstruktiv yanaşmasını pisləyib.
"Biz qan tökülməsinə ən qısa zamanda son qoyulması və davamlı atəşkəsə yönəlmiş istənilən addımı alqışlayırıq. Biz misirli dostlarımızla birlikdə BMT Təhlükəsizlik Şurası çərçivəsində bunun üçün səylər göstəririk. Problem ondadır ki, Birləşmiş Ştatlar istənilən addımı qəbul etməkdən çəkinir”, - o deyib.
Türkan İSGƏNDƏRLİ