İran və Rusiyanın iqtisadi əlaqələri güclüdür - Pezeşkian

İran və Rusiya güclü iqtisadi əlaqələr qurub və münasibətlərimiz daha da yaxşılaşacaq.
Redaktor.az xəbər verir ki, bunu İran Respublika Prezidenti Məsud Pezeşkian deyib.
“Rusiya bizim qonşumuzdur, bizim bir-birimizlə əla iqtisadi əlaqələrimiz var Onun nöqteyi-nəzərindən Kazanda keçiriləcək BRİKS sammiti kimi forumlar Tehranla Moskva arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək", - o qeyd edib.
Türkan İSGƏNDƏRLİ