İran nüvə silahı istehsal etmək niyyətində deyil - Pezeşkian

 17:51 16.09.2024     120

İran nüvə silahı istehsal etmək niyyətində deyil, lakin ABŞ və Avropanın raket inkişaf proqramından imtina etməsi üçün təzyiqləri ilə üzləşir.

Redaktor.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian jurnalistlərə bildirib.

"Biz nüvə silahı əldə etməyə çalışmırıq. ABŞ və Avropa tərəfindən raket proqramlarını dayandırmaqla hədələnirik. Raketlərimiz olmasa, Qəzza zolağında olduğu kimi, bizə də bomba atacaqlar", - Prezident açıqlayıb.

Pezeşkian İranın heç vaxt münaqişələri qızışdırmaq istəmədiyini, lakin İsrailin İranın paytaxtında Həmas siyasi bürosunun sədri İsmayıl Haniyəni öldürməklə Tehranı müharibəyə sürükləməyə çalışdığını da deyib.

Türkan İSGƏNDƏRLİ