Sui-qəsd cəhdi reytinqləri DƏYİŞDİ

 19:24 16.09.2024     149

İkinci sui-qəsdin ardınca ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp ölkənin vitse-prezidenti və Demokratların namizədi Kamala Harrisi geridə qoyub.

Redaktor.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Qeyd edək ki, sui-qəsddən sonra Trampdan öz sosial şəbəkə platformasında növbəti paylaşım gəlib:

“Qorxma! Mən təhlükəsizlikdəyəm və yaxşıyam, şükür ki, heç kim zərər görmədi. Ancaq bu dünyada bizim qarşımızı kəsmək üçün hər şeyi edəcək insanlar var. Mən sizin üçün mübarizəni dayandırmayacağam. Əsla təslim olmaram! Dəstəyiniz üçün sizi həmişə sevəcəyəm. Amerikanı yenidən qüdrətli edəcəyik!”