Trampın sui-qəsdində şübhəli bilinən şəxsə qarşı iddia qaldırılıb - CNN

 19:32 16.09.2024     138

ABŞ məhkəməsi ABŞ prezidentliyinə namizəd Donald Trampa ikinci dəfə sui-qəsd cəhdində şübhəli bilinən Ryan Wesley Root-a qarşı ittiham irəli sürüb.

Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumatda deyilir ki, şübhəli şəxsə iki odlu silahla bağlı ittiham irəli sürülüb. İttihamlar arasında ağır cinayətdə şübhəli bilinmək və seriya nömrəsi silinmiş odlu silaha sahib olmaq daxildir.

Şübhəlinin həbs məsələsi üzrə məhkəmənin sentyabrın 23-də keçiriləcəyi bildirib.

Qeyd edək ki, sentyabrın 15-də ABŞ Federal Təhqiqatlar Bürosu Trampın qaldığı Florida ştatının Palm-Biç şəhərindəki “Trump International Golf Club”da baş verən atışma ilə bağlı təhqiqata başladığını açıqlayıb. Palm-Biç qraflığının şerifi Rik Bradşou, təcavüzkarın gizlənməyə çalışdığı qolf klubunun yaxınlığındakı kolluqlarda teleskopik "AK-47" avtomatı tapıldığını bildirib.  Şübhəli 58 yaşlı Ryan Wesley Root nəzarətə götürülüb.

Seymur BƏNNAYEV