Rusiya və Misir Qəzzadakı böhranın təcili həllini dəstəkləyir - Lavrov

 19:50 16.09.2024     152

Rusiya xarici işlər naziri Sergey Lavrov və Misirin xarici işlər naziri Bədr Abdulati Qəzzadakı böhranın ən qısa zamanda həll edilməli olduğunu bəyan ediblər.

Redaktor.az xəbər verir ki, Lavrov Rusiyada səfərdə olan Abdulati ilə paytaxt Moskvada görüşüb. İki nazir görüşdən sonra mətbuat konfransı keçirib.

İclasda çıxış edən Lavrov Qəzzədəki vəziyyətə toxunaraq deyib:

“Qanın ən qısa zamanda dayandırılması, davamlı və daimi atəşkəsin təmin edilməsi üçün atılan hər addımı alqışlayırıq. Biz Misirli dpstlarımızla birgə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) bu istiqamətdə təşəbbüslər göstəririk. Əsl problem ABŞ-nin hər kəsin istədiyi, yəni qan tökülməsini bitirəcək qərarları ciddi şəkildə əngəlləməsindən qaynaqlanır. Bu məsələ BMT Təhlükəsizlik Şurasında gözardı edilməməlidir, çünki indiki dövrün ən böyük beynəlxalq problemdir". 

Seymur BƏNNAYEV