Rumıniyada 5,2 maqnitudalı zəlzələ OLDU
![](https://img.redaktor.az/news/2024/09/photo_254171.jpg)
Rumıniyanın Vranca seysmik zonasında 5,2 maqnitudalı zəlzələ olub.
Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, mənbəyi 140 km dərinlikdə yerləşən zəlzələ ölkənin bir çox yerində, həmçinin, Bolqarıstan, Moldova və Ukraynada hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bu, 2024-cü ildə Rumıniyada qeydə alınan ən güclü zəlzələdir.