Qəzzada ölən 34 mindən çox adamın şəxsiyyəti AÇIQLANDI

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrail ordusunun hücumlarında həyatını itirən və şəxsiyyəti müəyyən edilən 34 mindən çox fələstinlinin adlarını ehtiva edən siyahı dərc edib.
Redaktor.az xəbər verir ki, nazirliyin açıqladığı, 7 oktyabr 2023 31 avqust 2024-cü il tarixləri arasında həyatını itirən fələstinlilərin şəxsiyyətlərinin yer aldığı siyahıda 11 min 983-ü azyaşlı olmaqla 34 min 344 fələstinlinin adı açıqlanıb.
Qeyd olunub ki, İsrailin hücumlarında həyatını itirən uşaqlardan 710-u bir yaşından kiçik körpələrdir.
Bundan əlavə, 60 yaşdan yuxarı 2734 fələstinlinin adı siyahıya salınıb.
Seymur BƏNNAYEV