Ortaq insanlığımız təhlükə altındadır - BMT

 22:16 16.09.2024     143

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzzaya Humanitar Yardım və Yenidənqurma üzrə Yüksək Koordinatoru Siqrid Kaaq, Qəzzada vəziyyətin getdikcə pisləşdiyinə diqqət çəkərək ortaq insanlığımızın təhlükə altında olduğunu deyib.

Redaktor.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Qəzzaya humanitar yardımın müzakirəsi üçün sessiya keçirilib.

Burada üzv ölkələri məlumatlandıran Kaaq, Qəzzada vəziyyətin "qaranlıq və kədərli" olduğunu bildirib.

Səhiyyə sisteminin çökdüyünü və təxminən 625 min uşağın məktəbə gedə bilmədiyini bildirən Kaaq, viranəlik və ümidsizliyin hökm sürdüyünü söyləyib.

Kaaq, insanların yaratdığı böhranda zamanın getdikcə daraldığına diqqət çəkərə deyib: "Təcili atəşkəs, məhbusların azad edilməsi və bütün Qəzza zolağına davamlı və maneəsiz yardımın təmin edilməsi vacibdir".

Qəzzada mülki şəxslərin qorunmamasının qəbuledilməz olduğunu bildirən Kaaq, mülki şəxslərin, mülki infrastrukturun və humanitar yardım işçilərinin qorunmasının vacibliyini vurğulayıb.

Seymur BƏNNAYEV