Türkiyə bizim dostumuz və qardaşımızdır - Pezeşkian
"Türkiyə bizim dostumuz və qardaşımızdır. Qonşuluq münasibətlərindən əlavə qohumluq əlaqələrimiz var. Türkiyə və İslam ölkələri ilə əlaqələrimizdən çox ümidliyik".
Redaktor.az xəbər verir ki, bu sözləri İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan paytaxt Tehranda keçirdiyi mətbuat konfransında deyib.
Türkiyə-İran münasibətlərindən danışan Pezeşkian deyib: "Türkiyə bizim dostumuz və qardaşımızdır. Qonşuluqdan əlavə qohumluq əlaqələrimiz var. Aramızda sərhəd çəkdilər, əks halda sərhədin bu tərəfi ilə o tərəfi birdir. İnanclarımız və mədəniyyətimiz bir-birinə bağlıdır. Əlaqələrimizi mütləq gücləndirməliyik".
Seymur BƏNNAYEV