İsrailin evakuasiya əmrləri Qəzzanın 85 faizini əhatə edir - BMT

 23:09 16.09.2024     155

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin bu gündən etibarən Qəzzada 55 fərqli yerin boşaldılması əmri verdiyini və bunların Qəzzanın 85 faizini təşkil etdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Köçürülmənin ailələri bir-birindən ayırdığını qeyd edən Düjarrik bu vəziyyətin xüsusilə qadın və uşaqların sosial müdafiə mexanizmlərini zədələdiyini bildirib.

“Evakuasiya əmrlərinin” humanitar yardımlara da təsir etdiyini vurğulayan Dujarrik, bu gündən etibarən İsrailin 55 fərqli yerə “evakuasiya əmri” verdiyini və bunların Qəzzanın 85 faizini əhatə etdiyini bildirib.

Düjarrik Qəzzada təhlükəsiz yer olmadığını bir daha vurğulayıb.

Seymur BƏNNAYEV