Kurskda raket təhlükəsi elan EDİLDİ

 11:00 17.09.2024     97

Kursk vilayətində raket təhlükəsi elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Smirnov məlumat "Telegram" kanalında yazıb.

“Kursk bölgəsinin sakinləri, raket təhlükəsi var. Evdəsinizsə, möhkəm divarları olan, pəncərələri olmayan otaqlara, dəhlizə, vanna otağına, sığınmaq lazımdır. Küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa gedin”, - müraciətdə qeyd olunur.

Türkan İSGƏNDƏRLİ