İsrail Qəzzaya gələn yardımın 80%-dən çoxunu BLOKLAYIB

 11:09 17.09.2024     111

İsrail Qəzza zolağına gələn humanitar yardımın 83%-ni əngəlləyir.

Redaktor.az xəbər verir ki, bu barədə Əl-Cəzirə 15 yardım təşkilatından ibarət qrupun birgə bəyanatında qeyd olunub.

Bildirilib ki, 2023-cü ildən bəri yardımın yalnız 34%-nin bloklandığı məhsulların qadağası əhəmiyyətli dərəcədə artıb. Həmçinin vurğulanıb ki, Qəzza əhalisinin 100%-i hazırda yardımdan asılıdır və çatışmazlıqlar insanların aclıqdan ölməsinə gətirib çıxarır.

Türkan İSGƏNDƏRLİ