Tacikistan prezidenti Şoltsu ölkəyə dəvət ETDİ

 11:12 17.09.2024     132

Tacikistan prezidenti Emoməli Rəhmon Astanada keçirilən görüşdə Almaniya kansleri Olaf Şoltsu respublikaya rəsmi səfərə dəvət edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tacikistan liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rəhmon və Şolts iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər.

Şoltsun ​​Almaniyanın Tacikistanla enerji sektoru, dağ-mədən sənayesi və ətraf mühit məsələlərində əməkdaşlıqda maraqlı olduğunu ifadə etdiyi bildirilir.

Sevinc İBRAHİMZADƏ