Günəşin aktivliyi daha da güclənib

 11:35 17.09.2024     132

Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov XXI əsrdə günəşin aktivliyinin daha da gücləndiyini bildirib. 

Redaktor.az xəbər verir ki, onun sözlərini RBC sitat gətirib.

Boqaçov bildirib ki, Günəş aktivliyi indeksi 215 olub.  Bu, cari əsrdə maksimum dəyərdir və gözləniləndən yüksəkdir. Lakin hazırda bu rəqəm hər hansısa bir nəticəyə gətirib çıxarmayacaq.

Qeyd edək ki, Günəş Aktivliyi İndeksi 1749-cu ildən izlənilir və uzun illər ərzində günəş dövrlərinin intensivliyini müqayisə etməyə imkan verir. Bu, günəşin səthindəki ləkələrin sayına əsasən hesablanır.

Sevinc İBRAHİMZADƏ