Avropa ölkələri sular altında... - Ölənlərin sayı ARTDI

 16:04 17.09.2024     128

Avropa ölkələri Rumıniya, Avstriya, Polşa, Çexiya, Macarıstan və Slovakiyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 20-yə yüksəlib.

Redaktor.az xəbər verir ki, Rumıniyada ölənlərin sayı 7-yə yüksəlib. Avstriyada daşqınlar nəticəsində ölənlərin sayı 5 nəfər olub. Çexiyada yenilənmiş ölənlərin sayı 3 olaraq açıqlanıb. Polşada 5 nəfərin həyatını itirdiyi bildirilib.

Macarıstan və Polşada çay bəndlərini qum torbaları ilə möhkəmləndirmək üçün əsgərlər yerləşdirilib. Hər iki ölkədə bir çox tarixi binalar müvəqqəti bağlanıb. Polşada hökumət daşqınlardan ən çox zərər çəkmiş cənub rayonlarında “təbii fəlakət” vəziyyəti elan edib. Macarıstan, Polşa və Çexiyada vətəndaşlar da könüllü olaraq daşqınla mübarizədə iştirak ediblər və minlərlə insan təxliyə edilib.

Daşqınlardan zərər çəkmiş Avropa ölkələrindən vəziyyətin gözlənildiyindən də pis olduğu barədə açıqlamalar gəlib. Avropada güclü yağışların İtaliyaya da təsir edəcəyi gözlənilir.

Bir həftə ərzində yağan yağışın Qərbi Balkan ölkələri Serbiya, Xorvatiya və Sloveniyada daşqınlara səbəb ola biləcəyindən narahatlıq ifadə olunub.

Sevinc İBRAHİMZADƏ

 

Avrupa'da sellerde ölü sayısı artıyor: Durum tahmin edilenden kötü - Resim: 5

 

Avrupa'da sellerde ölü sayısı artıyor: Durum tahmin edilenden kötü - Resim: 6