Zelenski Polşanın xarici işlər naziri ilə mübahisə ETDİ

 17:56 17.09.2024     177

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevə gələrkən Polşanın xarici işlər naziri Radislav Sikorski ilə dava edib.

Redaktor.az xəbər verir ki, bunu Polşanın "Onet" portalı bunu diqqətə çatdırıb.

Məlumata görə, Zelenski ilə Sikorski arasında atmosfer son dərəcə gərgin olub, hətta dava söhbətləri olub.

Nəşrin mənbələri bildirir ki, Zelenskinin Sikorskiyə qarşı davranış tərzi polyakları təəccübləndirib.

Bildirilib ki, Ukrayna prezidenti dərhal Polşanı Avropa İttifaqına daxil olmaq üçün danışıqlarda Ukraynanı dəstəkləməməkdə ittiham edib. Polşanın xarici işlər naziri ölkəsinin üzvlüyünün on il çəkdiyini və Zelenskinin ofisinin təklif etdiyi müddətin real olmadığını bildirib. Zelenski həmçinin Polşanı Kiyevə daha çox hərbi texnika göndərməyə, həmçinin Ukrayna səmasında raket və dronları vurmağa çağırıb, lakin Sikorski bunun NATO qərarı olmadan mümkün olmadığını deyib.

Bundan sonra Zelenski Polşanın daxili siyasi səbəblərdən Volın qırğını məsələsini şişirtdiyini bildirib. Polşalı nazir buna cavab olaraq qurbanların ləyaqətlə dəfn edilməsi üçün eksqumasiya edilməsini istəyib.

Sevinc İBRAHİMZADƏ