İsrail Livanda peycerləri partladıb: Yüzlərlə yaralı var

 19:28 17.09.2024     421

Livanın səhiyyə naziri Firas əl-Əbyad İsrailin peycerləri partlatması nəticəsində Livanda yüzlərlə insanın yaralandığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, Livanın NNA agentliyinin məlumatına görə, İsrailin "peycer" adlı rabitə cihazlarına hücum etməsi nəticəsində çoxlu sayda livanlı yaralanıb.

NNA-da yer alan xəbərdə, Beyrutun cənub ətraflarında və Livanın bir çox bölgəsində misli görünməmiş bir hadisəsi baş verdiyi, rabitə cihazlarının İsrail tərəfindən yüksək texnologiyadan istifadə edilərək partladıldığı, Çox sayda yaralı olduğu və yaralıların xəstəxanalara köçürüldüyü bildirilib.

Peycerlərin partladığı anlar sosial mediada paylaşılıb. Kadrlarda peycerlərin siqnal verən zaman sahibləri tərəfindən əllərinə alındığı və bu zaman partladığı görünür.

Xəbərdə qeyd olunub ki, rabitə cihazlarının partladılması nəticəsində 1,5 minə yaxın sakin yaralanıb, 5 nəfər həyatını itirib. 

Seymur BƏNNAYEV