Silsilə partlayışda Həsən Nəsrullah da YARALANDI

 21:11 17.09.2024     119

Hizbullah təşkilatının baş katibi Həsən Nəsrullah da peycerlərdə (rabitə cihazı) baş verən partlayışlar zamanı xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, rabitə vasitələrində eyni anda baş verən partlayışlarda 2700-dən çox insan xəsarət alıb, 8 nəfər həlak olub.