Namibiyada dondurucuda qalan 4 uşaq ÖLDÜ

 21:13 17.09.2024     115

Katima Mulilo şəhərində 3-6 yaş arası uşaqlar istifadə olunmayan dondurucuda tapılıb.

Redaktor.az xəbər verir ki, Namibiya polisi Zambezi bölgəsinin şimal-şərqində boş, köhnə dondurucuda oynayan dörd uşağın ölümünü araşdırır.

Polis uşaqların oynayarkən təsadüfən sıxışıb içəridə boğulduğunu düşünür, lakin araşdırma davam edir.

Dörd uşaqdan ikisinin dondurucuda boğularaq öldüyü, digər ikisinin isə xəstəxanada müalicə olunarkən öldüyü bildirilir.

Zambezi regional polis komandiri Andreas Şilelo deyib ki, dondurucuda ancaq çöldən açıla bilən qarmaq var idi. Onlar təxminən saat yarım qapalı qalıb və boğularaq ölüb. 

Seymur BƏNNAYEV